Azərbaycanda müştərilərin bank hesablaraı artıb

17:05 - 23.06.2023


23 İyun, Fineko/abc.az. Azərbaycanda müştərilərin bank hesablarının sayında artım qeydə alınıb. 

ABC.AZ Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin yanvar-may aylarında müştəriləri hesablarının sayı 34 milyon 751 min 954  ədəd olub.

Bu da illik müqayisədə 5 milyon 624 min 585 ədəd, yaxud 19,3%, aylıq müqayisədə 631 min 531 ədəd, yaxud 1,9% artım deməkdir.

Belə ki, 2022-ci ilin  yanvar-may aylarında müştərilərin bank hesablarının sayı 29 milyon 127 min 369 ədəd, cari ilin yanvar-aprel aylarında 34 milyon 120 min 423 ədəd olub.