10:48 - 22.06.2023
22 iyun, Fineko/abc.az. Azərbaycan ərazisində elektron pulun emissiyasının həyata keçirilməsinə icazə veriləcək.
ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, emissiyanı aşağıdakılar həyata keçirə bilər:
- banklar və xarici bankların yerli filialları;
- poçt rabitəsinin milli operatoru;
- elektron pul təşkilatları.
Emitent elektron pulun emissiyası məqsədilə qəbul edilmiş pul vəsaiti məbləğində dərhal elektron pulu emissiya edir və elektron pul sahibi tərəfindən istifadəsinə imkan yaradır.
Emissiya olunan elektron pulun valyutası, maksimum məbləği və bir emitentin emissiya etdiyi elektron pul üzrə öhdəliklərinin maksimum həcmi Azərbaycan Mərkəzi Bankının (AMB) normativ xarakterli aktları ilə müəyyən edilir.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026