Banklar valyuta hərracında tələbi 2,2 dəfə artırıb

12:45 - 20.06.2023


20 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyunun 20-də keçirilən valyuta hərracında bankların tələbi 23,6 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan 13 milyon dollar və ya 2,23 dəfə çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

İyunun 13-də keçirilən valyuta hərracında Mərkəzi Bank banklara 10,6 milyon dollar satıb.