11:46 - 20.06.2023
20 iyun, Fineko/abc.az. Bu ilin I rübü ərzində Azərbaycanın regionlarından 353,1 milyon manat məbləğində vergi yığılıb.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
"Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 21 % çoxdur", - nazir qeyd edib.
Xatırladaq ki, bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 74,8 % artaraq 4 milyard 899,5 milyon manat təşkil edib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026