17:18 - 19.06.2023
19 iyun, Fineko/abc.az. Avropa İttifaqı (Aİ) sərmayələri artırmaq və kapital bazarını yaxşılaşdırmaq üçün vergi tutulması sistemini dəyişməyə hazırlaşır.
ABC.AZ xəbər verir ki, ikiqat vergitutmanın qarşısını alan qanun layihəsi ilə artıq ödənilmiş vergilər 50 gün ərzində geri qaytarılacaq.
Beləliklə, Aİ rəqəmsal vergi idarəsinin birgə sertifikatı hazırlanacaq.
Bu sertifikatla vergi tutmalarının azaldılması əməliyyatları daha sürətli və səmərəli həyata keçiriləcək.
Müxtəlif Aİ ölkələrində investisiya portfeli olan şəxslər eyni təqvim ili ərzində bir neçə gəliri geri almaq üçün yalnız bir rəqəmsal vergi rezidentliyi sertifikatından istifadə edəcəklər.
25 Avqust 2026
26 Avqust 2026
27 Avqust 2026
26 Avqust 2026