962 məkətbin bərpası və inşasına bu qədər pul xərclənib

15:31 - 13.06.2023


13 iyun, Fineko/abc.az. 2022-ci ildə 962 məktəbin bərpası və inşası üçün 195 milyon manat ayrılıb. Bu vəsait hesabına 57 məktəb bərpa edilib. Hər il 100-130 məktəbin bərpası və inşası arzuolunandır, bu istiqamətdə tədbirlər davam etdiriləcək.

ABC.AZ xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdə 2022-ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Səhiyyə sahəsində qaldırılan məsələlərə də münasibət bildirən Samir Şərifov ölkədə icbari tibbi sığortanın tətbiqini qeyd edərək diqqətə çatdırıb ki, artıq icbari sığortadan icmal büdcəyə daxilolmalar var.

“Dövlət büdcəsinin əlavə gəlirləri büdcə təşkilatlarının gəlirləri nəzərə alınmadan tələb olunan vəsaitin qarşılanması üçün 93,3 faiz təşkil edir”, - deyə Samir Şərifov qeyd edib.