Banklar valyuta hərracında tələbi 7 dəfə artırıb

12:34 - 13.06.2023


13 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyunun 13-də baş tutan valyuta hərracında bankların tələbi $10,6 mln təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan $9,1 mln və ya 7 dəfə çoxdur.

Hərracın yekunlarına əsasən manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

İyunun 8-də keçirilən valyuta hərracında Mərkəzi Bank banklara $1,5 mln satıb.