16:17 - 12.06.2023
12 iyun, Fineko/abc.az. Faizlər qaldırılsa, iqtisadi aktivlik aşağı düşəcək.
ABC.AZ xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, uçot dərəcəsini aktiv yuxarı qaldırmaq iqtisadi aktivliyə təsir göstərəcək: "Qonşularımız buna gedib, biz gərək görmürük. Bu ilin sonunda tələb hissənin 1,4 % olacağını proqnozlaşdırırıq. Uçot dərəcəsini bir az artırmağımız isə banklararası bazara təsirlə bağlıdır”.
Taleh Kazımov bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi ilə aktiv müzakirələr gedir: “Kənd təsərrüfatı kreditlərinə dair yeni qaydalar hazırlayırıq. Həmçinin də girov tələblərinə yenidən baxırıq. Balanslaşdırılmış şəkildə riskləri nəzərə alaraq, yumşaldıcı addımlar atacağıq”.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026