Azərbaycanda yeni nəsil pasportlar 1 sentyabr tarixindən etibarən veriləcək

16:14 - 29.06.2018


29 iyun, Fineko/abc.az. Azərbaycanda şəxsiyyət vəsiqələri dəyişdirilir.

Azərbaycan Parlamenti bu gün  yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiqi ilə bağlı bir sıra qanunlara düzəlişlər təsdiq edib.

Təsdiq edilmiş düzəlişlərə əsasən, vəsiqələrin tətbiq müddəti 1 yanvar 2019-cu il tarixindən 1 sentyabr 2018-ci il tarixinə dəyişdirilib.

Yeni nəsil  şəxsiyyət vəsiqələri  vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, vətəndaşlıq vəziyyəti, habelə biometrik fotoşəkil və digər fərdi göstəriciləri haqqında məlumatları əhatə edən çiplərlə təchiz olunub. Bu şəxsiyyət vəsiqələri digər ölkələrin müvafiq orqanları ilə biometrik məlumatlar mübadiləsində müstəsna əhəmiyyət daşıyacaq.