Valyuta hərracında tələb 39% azalıb

12:50 - 6.06.2023


6 iyun, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, iyunun 6-da keçirilən valyuta hərracında bankların tələbi 8,6 milyon dollar təşkil edib və tam təmin edilib. Bu, 1 iyun hərracından 5,5 milyon dollar və ya 39% azdır. İyunun 1-də valyuta hərracında Mərkəzi Bank banklara 14,1 milyon dollar satıb.

İyunun 6-da keçirilən hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.