15:05 - 5.06.2023
5 iyun, Fineko/abc.az. Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) ödəniş vasitəçilik xidmətləri ilə məşğul ola biləcəklər.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib
Onun sözlərinə görə, bu, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsində nəzərdə tutulub.
"AMB tərəfindən yaxın zamanlarda bu qanun layihəsi Milli Məclisə təqdim olunacaq", - deyə T. Kazımov bildirib.
Ölkədə 52 BOKT fəaliyyət göstərir.
Hazırda ödəniş vasitəçilik xidmətləri yalnız bankar və milli poçt operatoru tərəfindən göstərilə bilir.
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026