Haqq və komissiyalar olmasa, banklar nağdsız ödənişləri təşviq edə bilməyəcəklər - Taleh Kazımov

14:17 - 5.06.2023


5 iyun, Fineko/abc.az. Xəbər verdiyimi kimi Milli Məclisin iclasında bankların tranzaksiya faizinin yüksək olması fikri səsləndirilib.

ABC.AZ-ın məlumatına görö, Mərkəzi Bank sədri Taleh Kazımov sözügedən məsələyə münasibət bildirərək qeyd edib ki, haqq və komissiyalar olmasa, banklar nağdsız ödənişləri təşviq edə bilməyəcəklər.

“Banklar ona görə komissiyanı artırır ki, vəsaiti nağd çıxarmaq sərf etməsin, getsin ödəniş etsin. Niyyət, strategiya budur ki, insanlar daha çox nağdsız ödənişə keçsinlər. Yeni qanun layihəsi isə qəbul olunsa, Mərkəzi Banka səlahiyyət verilir ki, bazar üzrə maksimum həddi təyin etsin”, - deyə Taleh Kazımov əlavə edib.