"TCF BOKT" yarımçıq hesabat açıqladı - Mənfəəti 3 dəfə azalıb

14:53 - 25.05.2023


25 may, Fineko/abc.az. “TCF BOKT" MMC 2022-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

ABC.AZ xəbər verir ki, şirkət hansısa səbəbdən illik hesabati yarımçıq açıqlamağı qərara alıb. Hesabatın böyük hissesi ictimaiyyəta açıqlanmayıb. 

Şirkətin yarımçıq hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə BOKT-un faiz gəlirləri 2021-ci illə müqayisədə təqribən 1 milyon manat artaraq 1,9 milyondan 2.8 milyon manata yüksəlib. 

Şirkətin faiz xərcləri isə təqribən 2 dəfə artaraq 503 min manatdan 1 milyon manata yüksəlib. 

Nəicədə BOKT ili 1 milyon 796 min manat xalis faiz gəliri ilə başa vurub. 

Bununla yanaşı, şirkət dəyərsizləşmə üçün ehtiyatların yaradılmasına 588 min manat ayırıb. BOKT-un əməliyyat xərcləri isə 33,5%, yəni 177 min manat artaraq 706 min manata yüksəlib.

Nəticədə 2022-ci ildə şirkətin vergidən əvvəlki mənfəəti 503 min manat olub. Bu 2021-ci ill müqayisədə təqribən 2 dəfə aşağıdır – 2021-ci ildə bu göstəric 916 min manat olmuşdu. 

234 min manat mənfəət vergisi ödənişindən sonra 2022-ci ildə BOKT-un xalis mənfəəti 270 min manat təşkil edib. 2021-ci illə müqayisədə xalis mənfəət 3 dəfə azalıb.