17:19 - 24.05.2023
24 may, Fineko/abc.az. “ISR Holding” MMC daha bir brendi Azərbaycana gətirmək üzrədir.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, holdinq Böyük Britaniyanın “Costa Cofee” brendini Azərbaycana gətirir və bunun açılışı üçün sayılı günlər qalıb.
“Costa Coffee” Azərbaycan bazarında ilk dəfə təqdim olunacaq yarım əsrlik tarixə malik beynəlxalq qəhvə satış brendi və qlobal kafelər şəbəkəsidir. Kofe şəbəkəsi 52 il öncə 1971-ci ildə Londonda təsis edilib.
“Yarım əsrlik tarixə malik beynəlxalq kofe şəbəkəsi “Costa Coffee”nin açılışına sayılan günlər qaldı. Yaxın günlərdə şəhərimizin işgüzar həyatının mərkəzlərindən biri olan “Globus Center”də ilk “Costa Coffee” öz qapılarını kofe həvəskarları üçün açacaq”- deyə, holdinqdən bildirilir.
Qeyd edilir ki, açılışdan öncə “ISR Holding”in baş direktoru Rauf Xəlilov Londonda yerləşən “Costa Coffee”nin baş ofisində şirkətin Avropa və “MENA” üzrə icraçı direktoru Qordon Movat ilə görüşüb.
10 Avqust 2026