Qeyri-faiz gəlirləri 10 mln. manatdan çox olan banklar

14:23 - 19.05.2023


19 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 5-nin bu ilin I rübündəki qeyri-faiz gəlirləri 10 milyon manatdan çox olub.

ABC.AZ “Renkinq”-ə istinadla  xəbər verir ki, bunlar, “Kapital Bank” (100,739 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (38,297 milyon manat), “PAŞA Bank” (29,699 milyon manat), “Unibank” (26,167 milyon manat) və “Rabitəbank” (10,601 milyon manat) ASC-lərdir.

Qalan 20 bankdan 18-də qeyri-faiz gəlirləri 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan az olub.