Faiz gəlirləri azalan banklar

15:29 - 18.05.2023


18 may, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 2-nin bu ilin I rübündəki faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bunlar, “Günay Bank” və İran Milli Bankının Bakı filialıdır.

Azalma müvafiq olaraq 5,5% və 12,6% təşkil edib.

Qalan 23 bankın isə faiz gəlirləri artıb. Ən yüksək dinamika “Azər-Türk Bank” ASC-də (2,2 dəfə), ən aşağı dinamika isə “AFB Bank” ASC-də (0,2%) qeydə alınıb.