11:45 - 17.05.2023
17 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 16 may 2023-cü il tarixli Qərarı ilə “Günay Bank”ın lisenziyası ləğv edilib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, 2023-cü il aprel ayının 1-nə “Günay Bank”ın ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub.
“Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna (Fond) üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar Fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. Bank tərəfindən Fonda təqdim olunmuş hesabatlara əsasən 2023-cü ilin I rübünün sonuna Bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 mln. manat təşkil edir. Bu isə o deməkdir ki, qalan 70 milyon manat əmanətin aqibəti bəlli deyil.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026