"Embafinans"ın rəhbərliyi bu qədər bonus aldı

09:58 - 16.05.2023


16 may, Fineko/abc.az. Bank olmayan kredit təşkilatlarından biri olan "Embafinans" QSC-nin rəhbərliyi 2022-ci ilin yekunları üzrə yarım milyon manata yaxın bonus alıb.

ABC.AZ xəbər verir ki, BOKT-un rəhbərliyinə daxil olan şəxslərə ümumilikdə 491 min ödəniş edilib.

Qeyd edək ki, bu artıq ikinci dəfədir həyata keçirilir. Belə ki, şirkət 2021-ci ilin nəticələri üzrə də idarəedici heyətə 488 min manat bonus vermişdi.