İngiltərə Bankı uçot dərəcəsi ilə bağlı yeni qərar verib

16:40 - 11.05.2023


11 may, Fineko/abc.az. İngiltərə Bankı uçot dərəcəsi ilə bağlı yeni qərar verib.

ABC.AZ xarici mətbuta istinadən xəbər verir ki, İngiltərə Bankı uçot dərəcəsini 25 baza bəndi artırıb. Analitiklər bunun əvvəldən gözlənilən olduğunu bildirib.

Belə ki bir müddət əvvəl də proqnozlar bu formada olmuşdu. Beləliklə İngiltərədə iqtisadçıların da gözləntilərinə uyğun olaraq uçot dərəcəsi 4,50%-ə çatıb.

Qərarın mətnində İngiltərə iqtisadiyyatının tənəzzüldən qaça biləcəyi bildirilib.