16:58 - 26.10.2017
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi BMT-nin Azərbaycan Nümayəndəliyi ilə birgə İnnovasiya Müsabiqəsi elan edir.
Nazirliyin məlumatında deyilir ki, müsabiqə çərçivəsində iqtisadiyyat, cəmiyyət, ekologiya sahələrində layihələr qəbul edilir.
“Müsabiqə şərtlərinə əsasən, layihələr texniki-iqtisadi əsaslandırma, innovativ perspektiv, sahələr üzrə prioritetlik, iqtisadi effektivlik, həmçinin reallaşdırma imkanına malik olmalıdır”, - məlumatda belə deyilmişdir.
Həmçinin bildirilir ki, layihələr, 5 dekabr 2017-ci il tarixinə qədər, İqtisadiyyat Nazirliyində, Bakı, Üzeyir Hacıbəyov küçəsi, 84 ünvanında və ya [email protected] , [email protected] elektron ünvanlarında qəbul edilir.
Müsabiqənin qalibləri 1-ci yer üçün 3 min manat, 2-ci yer üçün 2 min manat və 3-cü yer üçün 1 min manatla mükafatlandırılacaqlar.
30 İyul 2026