14:52 - 5.05.2023
5 may, Fineko/abc.az. 2023-cü ilin ilk rübündə "Bank Avrasiya"nın cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 2 milyon 580 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 2 milyon 7 min manat təşkil edib. Bank əməliyyat mənfəətindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 452 min manat ayırıb.
ABC.AZ-ın məlumatına görə, 2021-ci ildə "Bank Avrasiya"nın əməliyyat mənfəəti 1 milyon 355 min manat təşkil etmiş və ehtiyatlara 591 min manat ayrımışdı.
"Bank Avrasiya"nın kredit portfeli (müştərilərə verilmiş kreditlər) ilk rübdə 3 milyon 991 min manat və ya 3,2% artaraq 31 Mart 2023-cü il tarixində 129 milyon 343 min manata çatıb.
"Bank Avrasiya"nın cəmi aktivləri ilk rübdə 4 milyon 374 min manat azalaraq 219 milyon 894 min manata, depozit portfeli isə 5 milyon 627 min manat azalaraq 74 milyon 72 min manata düşüb.
31 Mart 2023-cü il tarixində "Bank Avrasiya" 74 milyon 519 min manat məcmu kapitala malik olub.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026
3 Sentyabr 2026