14:20 - 5.05.2023
5 may, Fineko/abc.az. “ExpressBank”ın depozit portfeli ötən ilin sonu ilə müqayisədə 6 milyon 626 min manat və ya 3.43 faiz azalıb.
ABC.AZ-ın məlumatına görə, bu azalmadan sonra bankın depozit portfeli 186 milyon 481 min manata düşüb.
Bu azalmanın əsas səbəbi hüquqi şəxslərin bankdakı əmanətlərini geri çəkməsidir. Belə ki, biznesmenlərin bankdakı əmanətləri ötən ilin son rübü ilə müqayisədə 6 milyon 662 min manat və ya 15.91 faiz azalıb. Azalma nəticəsində Bankın biznesmenlərin buradakı əmanətləri 35 milyon 208 min manata qədər azalıb. Fiziki şəxslərin əmanətlərində isə 35 min manatlıq cüzi artım müşahidə olunub.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərini 25 milyon 532 min manat artıraraq 93 milyon 5 min manata bərabər etdiyi üçün “ExpressBank”ın öhdəliklər cəmində artım olub. Belə ki, bankın öhdəliklər cəmi 320 milyon 506 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 12 milyon 685 min manat çoxdur.
Müəllif: Elmir Murad
4 Sentyabr 2026
4 Sentyabr 2026
3 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026
1 Sentyabr 2026
2 Sentyabr 2026
2 Sentyabr 2026
1 Sentyabr 2026