16:04 - 26.10.2017
Azərbaycan Respublikası Hökuməti və Avropa Komissiyası “Texniki Əməkdaşlıq Mexanizmi Proqramı”nın Maliyyələşdirmə Sazişini imzalayıblar. Sənədi Azərbaycan Respublikası Hökuməti adından İqtisadiyyat naziri Şahin Mustafayev və Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas imzalayıblar.
“Proqramın reallaşdırılması üçün, iqtisadiyyat, maliyyə və məhkəmə idarə etməsi sahələrində islahatların aparılmasına dəstək kimi Azərbaycana 13,5 milyon manat ayrılıb”, - məlumatda belə deyilir.
29 İyul 2026
29 İyul 2026
27 İyul 2026