Kürün səviyyəsi artdı - Rəsmi

12:10 - 26.04.2023


26 aprel, Fineko/abc.az. Kür çayında suyun səviyyəsi artıb.

Bu barədə ABC.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Kür-Qıraqkəsəmən müşahidə məntəqəsinin məlumatına görə, hazırda Kür çayında suyun səviyyəsi 373 sm-dir. Qeyd olunub ki, dünənki müşahidə ilə müqayisədə Kür suyunun səviyyəsində 36 sm artım müşahidə olunur.