“Binance US”, “Voyager Digital”ı almaqdan imtina etdi

11:18 - 26.04.2023


26 aprel, Fineko/abc.az. “Binance US”, “Voyager Digital”ın aktivlərini almaq üçün tərtib olunmuş müqavilədən imtina edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, “Binance” kriptovalyuta birjasının ABŞ-dakı törəmə şirkəti “Binance.US”, iflas etmiş kriptovalyuta broker firması “Voyager Digital”ın aktivlərini almaq üçün 1,3 milyard dollarlıq sövdələşməni ləğv edib.

“Voyager” vəkilləri bildiriblər ki, şirkət “Binance.US”un ödədiyi 10 milyon dollarlıq əmanətlə bağlı bütün hüquqları özlərində saxlayıblar.

Qeyd edək ki, ABŞ-da yerləşən kriptovalyuta broker şirkəti “Voyager Digital” keçən ilin iyul ayında iflasını elan etmişdi.