15:35 - 25.04.2023
25 aprel, Fineko/abc.az. VTB (Azərbaycan)-ın depozit portfeli ilin əvvəlindən 10,6% artaraq 31 mart 2023-cü il tarixinə 104,9 milyon manat təşkil edib.
ABC.AZ Bankın yaydığı hesabata istinadən xəbər verir ki, sözügedən dövrdə əhalinin əmanətləri hesabat dövrünün sonuna 63 milyon manat, hüquqi şəxslərin əmanətləri isə 41,9 milyon manat təşkil edib.
Qeyd edək ki, ilin əvvəlindən hüquqi şəxslərin əmanətləri təxminən 35% artıb.
Hesabat dövrünün sonuna bankın məcmu kapitalı ilin əvvəlindən 3,8% artaraq 83,3 milyon manat təşkil edib və Azərbaycan Mərkəzi Bankının minimum tələblərini 66,6% üstələyib.
Bankın əməliyyat gəlirləri 8,2 milyon manat, o cümlədən 6,8 milyon manat faiz, 1,4 milyon manat qeyri-faiz gəlirləri olub.
Bank hesabat dövrünü 2,9 milyon manat xalis mənfəətlə başa vurub.
8 Sentyabr 2026
8 Sentyabr 2026
8 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026