Aktivləri 4 faiz artaraq 248,1 milyon manat təşkil edən Bank - Hesabat

15:28 - 25.04.2023


25 aprel, Fineko/abc.az. VTB (Azərbaycan) birinci rübü 3 milyon manata yaxın xalis mənfəətlə başa vurub. Bank VTB ASC (Azərbaycan) 2023-cü ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb.

ABC.AZ xəbər verir ki, hesabata əsasən, 31 mart 2023-cü il tarixinə bankın aktivləri ilin əvvəlindən 4% artaraq 248,1 milyon manat təşkil edib.

Hesabat dövrünün sonuna bankın kredit portfeli 167,9 milyon manat, o cümlədən istehlak kreditləri 71,8 milyon manat, sahibkarlığın inkişafına verilən kreditlər 54,6 milyon manat, ipoteka kreditləri 41,5 milyon manat təşkil edib. Ötən ilin sonu ilə müqayisədə VTB (Azərbaycan)-ın kredit portfeli 5,1%, o cümlədən biznes kreditləri portfeli 8,7%, ipoteka kreditləri 6,1%, istehlak kreditləri 2% artıb.