ARDNF-dən hesabat - Büdcədənkənar gəlirləri 1 427,6 milyon manat olub

14:57 - 18.04.2023


18 aprel, Fineko/abc.az. Dövlət Neft Fondunun (ARDNF) 2023-cü il martın 31-nə olan aktivləri 2023-cü ilin əvvəlinə (49 033,6 milyon ABŞ dolları) nisbətən 9 faiz artaraq 53 437,6 milyon ABŞ dolları təşkil edib.

Fonddan ABC.AZ-a daxil olan məlumata görə, 2023-cü ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 7 643,3 milyon manat, büdcə xərcləri isə 1 584,3 milyon manat olub.

Yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 596,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 4 829,9 milyon manat, bonus ödənişləri 765,3 milyon manat, tranzit gəlirləri 0,8 milyon manat təşkil edib.

Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 2 047,3 milyon manat təşkil edir.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəlirləri 1 427,6 milyon manat olub.