11:12 - 17.04.2023
17 aprel, Fineko/abc.az. ABŞ banklarının son iflaslardan sonra daha ehtiyatlı davranması FED-in faiz artımını dayandıra biləcək.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Naziri Canet Yellen bildirib.
O qeyd edib ki, bank iflaslarından sonra banklar çox güman ki, daha ehtiyatlı davranacaqlar və son bank uğursuzluqları fonunda kreditləşməni daha da sərtləşdirəcəklər.
Yellenin fikrincə, belə olduğu halda bu, iqtisadiyyatda kredit böhranına gətirib çıxaracaq ki, bu da FED-in etməli olduğu növbəti faiz artımını əvəz edə bilər.
Lakin Yellen, iqtisadi dünyagörüşünü dəyişdirmək üçün bu sahədə kifayət qədər əhəmiyyətli bir dəyişiklik görmədiyini bildirib.
5 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026