Rusiyadan Azərbaycana pul köçürmələri 5 dəfəyə yaxın artıb

16:42 - 13.04.2023


13 aprel, Fineko/abc.az. 2022-ci ildə Rusiyadan Azərbaycana pul köçürmələri 5 dəfəyə yaxın artaraq 3 milyard dollara yaxınlaşıb.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ildə Rusiyadan Azərbaycana 2 milyard 969 milyon 440 min dollar həcmində pul baratları köçürülüb.

2022-ci illə müqayisədə Rusiyadan pul köçürmələri 4,7 dəfə artab. Xatırladaq ki, 2021-ci ildə qonşu ölkədən Azərbaycana cəmi 623 milyon dollar pul köçürülmüşdü.

Artım nəticəsində, əgər 2021-ci ildə Azərbaycana xaricdən gönərilən bütün pulların 55%-i Rusiyanın payına düşürdüsə, 2022-ci ildə bu göstərici 82%-ə yüksəlib.

Azərbaycandan Rusiyaya göndərilən vəsaitlərin həcmində isə azalma var. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2021-ci ildə Rusiyaya 117 milyon dollar göndərilmişdisə, 2022-ci ildə bu rəqəm 90 milyon dollara enib.

Ümumilikdə 2022-ci ildə xaricdən Azərbaycana 3 milyard 620 milyon dollar vəsait köçürülüb ki, bu da 2021-ci ildən 3,2 dəfə və ya 2 milyard 487 milyon dollar artıqdır.