17:06 - 12.04.2023
12 aprel, Fineko/abc.az. Bu ilin I rübündə Azərbaycanda 3 877 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25,1 % çoxdur.
ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, onlardan 85,4 %-i yerli investisiyalı, 13,1 %-i xarici investisiyalı qurumlardır.
Qeydiyyatdan keçmiş kommersiya qurumlarının 80,7 %-i elektron qaydada qeydə alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) e-qeydiyyatının xüsusi çəkisi 93,6 % təşkil edib. Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) 509 yerli investisiyalı MMC (1 il əvvələ nisbətən 76 vahid çox) qeydiyyata alınıb.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026