15:15 - 12.04.2023
12 aprel, Fineko/abc.az. Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2022-ci ildə 13 audit və 10 analitik fəaliyyət aparılıb.
ABC.AZ xəbər verir ki, bu, Hesablama Palatasının 2022-ci il üzrə fəaliyyət hesabatında yer alıb.
Qeyd edilib ki, hesabat ilində 1 obyektin hüquqi forması dəyişdirildiyindən nəzərdə tutulmuş analitik fəaliyyət təxirə salınıb.
Kənar dövlət maliyyə nəzarəti tədbirləri bir sıra nəzarət obyektləri tərəfindən büdcə layihələrinin düzgün tərtib edilmədiyini deməyə əsas verir. Belə ki, obyektlər tərəfindən proqnozlaşdırma aparılarkən əvvəlki illərin faktiki göstəriciləri nəzərə alınmayıb, təlabat düzgün müəyyənləşdirilməyib və smeta əsassız artımlarla tərtib edilib. İlin sonunda nəzarət obyektləri tərəfindən təsdiq olunmuş smetaların iqtisadi təsnifatın paraqrafları üzrə istifadə edilməmiş vəsaitlərinin azaldılaraq ehtiyat fonduna yönəldilməsi hallarına rast gəlinib. Audutlər zamanı 10 obyekt üzrə bəzi hallarda vahid büdcə təsnifatı ilə müəyyən edilmiş istiqamətlərə riayət olunmadan 54 min manat istifadə edildiyi üzə çıxıb.
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026
4 Sentyabr 2026