Xalis mənfəəti 100 mln manatdan çox olan banklar

14:42 - 16.03.2023


16 mart, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 25 bankdan 1-i ötən ili zərərlə başa vurub.

ABC.AZ “Renkinq”-ə istinadla xəbər verir ki, bu, “Bank BTB” ASC-dir.

Qalan 24 bank isə müxtəlif məbləğlərdə (xalis) mənfəət əldə edib. Onlardan 3-də sözügedən göstərici 100 milyon manatdan çoxdur. Həmin banklar “Kapital Bank” (308,047 milyon manat), “Azərbaycan Beynəlxalq Bankı” (254,38 milyon manat) və “PAŞA Bank” (149,394 milyon manat) ASC-lərdir.

Qalan 21 bankdan 10-da (xalis) mənfəət 10-37 milyon manat arasında, 11 bankda isə 10 milyon manatdan azdır.