ABŞ-da Bank iflas etdi – Qızıl kəskin bahalaşdı

17:05 - 13.03.2023


13 mart, Fineko/abc.az. ABŞ-da “Silicon Valley Bank”ın iflası bazarları çox ciddi təsir edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sözügedən məlumatın yayılmasından sonra bir çox səhmlər kəskin ucuzlaşmağa başlayıb. Bundan sonra qızıl qiymətləri isə əksinə artıb. Bank müştəriləri tələsik iki gün içərisində 42 milyard dollar məbləğində əmanəti geri çəkiblər.

SVB-nin iflasının təsiri ilə qızılın qiymətinin yüksəlməsinə səbəb olub. Martın 12-dən qızılın unsiya qiyməti 2 faizdən çox artaraq 1870 dollar olub. Qeyd edək ki, Pauellin 7 mart çıxışından sonra qızıl ucuzlaşmışdı.

Müəllif: Elmir Murad