10:30 - 10.03.2023
10 mart, Fineko/abc.az. “Premier Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC 2022-ci ili 51 min manat xalis mənfəətlə başa vurub.
ABC.AZ BOKT-nin illik audit hesabatına istinadən xəbər verir ki, 2022ci ildə BOKT-un faiz gəlirləri 6 faiz artaraq 218 manat, xalis faiz gəliri isə 2 dəfədən çox artaraq 63 min manat olub.
Vergi və digər ödəmələri nəzərə aldıqdan sonra BOKTun xalis mənfəəti əvvəlki illə müqayisədə 2,2 dəfə artaraq 51 min manata çatıb. 2022ci ildə “Premier Kredit BOKT”un aktivləri 0,2% artaraq 1 mln. 461 min manat olub. Aktivlərinin 1 mln. 320 min manatı kredit portfelidir. Əvvəlki ilə nisbətən 25 min manat artib. Öhdəliklər isə 60 min manat azalaraq 1 mln. 160 min manat olub, bunun böyük hissəsi maliyyə qurumları qarşısındadir.
“Premier Kredit BOKT”un nizamnamə kapitalı isə dəyişməyərək 400 512 manat olub.
7 Sentyabr 2026
5 Sentyabr 2026
7 Sentyabr 2026
7 Sentyabr 2026