Sahibkarlara verilmiş güzəştli kreditlər hesabına ümumilikdə 652 yeni iş yeri açılacaq

14:15 - 28.02.2023


28 fevral, Fineko/abc.az. Azərbaycanda 2022-ci ildə 218 qadın sahibkara 3,9 milyon manat, 91 gənc sahibkara 14 milyon manat məbləğində güzəştli kredit verilib.

ABC.AZ xəbər verir ki, bunu bunu Sahibkarlığın İnkişaf Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev “Ətraf mühit, sosial və idarəetmə prinsiplərinin tətbiqi və “Dayanıqlılıq Hesabatı”na dair seminarda deyib.

O, bildirib ki, maliyyələşdirilmiş layihələr hesabına müvafiq olaraq, 334 və 318 yeni iş yerinin yaradılması nəzərdə tutulub. O.Xaliyev Azərbaycanda beynəlxalq standartlara uyğun olaraq pilot ESG (ətraf mühit, sosial və idarəetmə) qiymətləndirmə modelinin hazırlandığı müjdəsini də verib.

O qeyd edib ki, ilkin mərhələdə altı layihə seçilərək qiymətləndirilməsi həyata keçirilib:

“Sosial sahə üzrə həyata keçirilən tədbirlərə isə əməyin mühafizəsi və təhlükəsizliyi, işçilərin könüllü tibbi sığortası, müxtəlif tədris və ixtisasartırma proqramlarına cəlb edilməsi vasitəsi ilə insan kapitalının inkişafı məsələsi ilə bağlı mütəmadi olaraq işlərin görülməsi daxildir”.