ABŞ-la münasibəti pis olan ölkədə dollar bahalaşdı

10:48 - 27.02.2023


27 fevral, Fineko/abc.az. İranda dolların məzənnəsi 58 min tüməni keçib.

ABC.AZ xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Öz növbəsində xəbəri İranın Statistika Mərkəzi də təsdiq edib. 

Beləliklə, İran milli valyutasının dəyərdən düşməsinin davamı olaraq, fevralın 26-dan İranın açıq bazarında bir dolların məzənnəsi 58.200 tümən yüksəlib.