Azərbaycanda inflyasiya hədəf diapazonuna yaxınlaşa bilər

16:43 - 16.02.2023


16 fevral, Fineko/abc.az. 2023-cü ildə Azərbaycanda inflyasiya hədəf diapazonuna yaxınlaşa bilər.

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Qeyd edilib ki, 2022-ci ildə əsas ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya təzyiqlərinin yüksəlməsi ölkədaxili inflyasiya proseslərinə və gözləntilərə təsir göstərib.

İlin son aylarında müşahidə edilən meyillər davam edərsə, 2023-cü ilin sonuna inflyasiya səviyyəsinin azalaraq tədricən hədəf diapazonuna yaxınlaşacağı gözlənilir.