11:59 - 20.12.2022
20 dekabr, Fineko/abc.az. Bildiyiniz kimi, Bakıda “Gömrük islahatları: Çağırışlar və imkanlar” mövzusunda tədbir keçirilib.
ABC.AZ-ın məlumatına görə, tədbirdə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bəzi məsələlərə toxunub, bildirib ki, idxal-ixrac fəaliyyəti ilə məğul olmaq istəyən sahibkarlar bir çox hallarda prosedurlardan məlumatsız olurlar.
“Baxmayaraq ki, həm qida təhlükəsizliyi, həm də gömrük prosedurlarının bir çox hissəsi elektronlaşdırılıb, lakin prosesin həyata keçirilməsi və aidiyyəti qurumlardan məlumatların əldə edilə bilməsindəki bəzi çətinliklər KOB-lar üçün maneələr yaradır. Təklif edirəm ki, idxal-ixrac prosedurlarının bütün mərhələləri üzrə məlumatların açıq elektron resurslarda yerləşdirilməsi təmin edilsin, eyni zamanda sənədləşmə prosedurları sadələşdirilsin”, - deyə O.Məmmədov əlavə edib.
10 Avqust 2026