Rusiya və Türkiyə diplomatları taxıl sazişini müzakirə ediblər

10:09 - 12.12.2022


12 dekabr, Fineko/abc.az.  Taxıl sazişinin paket xarakteri dekabrın 8-9-da İstanbulda Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və türkiyəli həmkarı Sedat Önal arasında keçirilən məsləhətləşmələr zamanı təsdiqlənib.

ABC.AZ xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin şənbə günü yaydığı bəyanatda deyilir.

Həmsöhbətçilər 22 iyul tarixli İstanbul razılaşmalarının icrasını nəzərdən keçiriblər.

Ukrayna ərzaq məhsullarının ixracına dair Qara dəniz təşəbbüsü və Rusiya gübrələrinin və kənd təsərrüfatı məhsullarının dünya bazarlarına çıxarılmasına dair Rusiya-BMT memorandumu razılaşmaları təsdiqləndi.