10:10 - 15.11.2022
15 noyabr, Fineko/abc.az. "Gəmiqaya Holdinq”in iki şirkəti nizamnamə kapitalını azaldıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, sözügedən şirkətlər “Gəmiqaya Şirkəti” MMC və Gəmiqaya Yol Su-Enerji MMC-dir.
Qeyd edək ki, bundan əvvəl “Gəmiqaya Holdinq”ə aid on üç şirkəti nizamnamə kapitalının azaldığını elan etmişdi.
Xatırladaq ki, “Gəmiqaya Holdinq” 2008-ci ildə Naxçıvanda təsis edilib. Holdinq Azərbaycanda və digər ölkələrdə tikinti, sənaye, qida, ticarət və aqrar sahələrində fəaliyyət göstərir.
12 Avqust 2026
12 Avqust 2026
10 Avqust 2026