10:03 - 11.11.2022
11 noyabr, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidməti dekabrın 13-də "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-yə məxsus "Şəfəq" neft məhsullarının, çirkab, döşəməaltı suların və zibillərin qəbulu gəmisini hərraca çıxaracaq.
ABC.AZ Xidmətə istinadən xəbər verir ki, gəminin start qiyməti 70 000 manat olacaq.
Bunun 10%-i beh kimi ödənilməlidir.
Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalana qədər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) və yaxud e-emlak.gov.az elektron portalı vasitəsilə qəbul olunacaq.