Azərbaycan Mərkəzi Bankı bu ölkənin Bankı ilə əməkdaşlıq edəcək

15:37 - 4.11.2022


4 noyabr, Fineko/abc.az. Azərbaycan və Özbəkistan mərkəzi bankları arasında əməkdaşlığın gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Belə ki, Özbəkistan Respublikasında səfərdə olan AMB-nin nümayəndə heyəti “2-ci Özbəkistan İqtisadi Forumu” (UEF22) çərçivəsində Özbəkistan Mərkəzi Bankının sədr müavini Behzod Hamraevinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.