Bu Bankın əməliyyat mənfəəti 5 milyon 42 min manatdır

15:25 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "Bank Avrasiya" hesabat açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, 2022-ci ilin 9 ayında "Bank Avrasiya" ASC-nin cəmi əməliyyat gəlirləri 11 milyon 288 min manat, cəmi əməliyyat xərcləri 6 milyon 245 min manat, əməliyyat mənfəəti 5 milyon 42 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin 9 ayında Bankın cəmi əməliyyat gəlirləri 10 milyon 299 min manat, cəmi əməliyyat xərcləri 5 milyon 450 min manat, əməliyyat mənfəəti 4 milyon 849 min manat təşkil etmişdi.

Müəllif: Elmir Murad