"Bank BTB"nin cəmi kapitalı Mərkəzi Bankın müəyyən etdiyi həddən aşağı düşüb

12:34 - 27.10.2022


27 oktyabr, Fineko/abc.az. İlin əvvəli ilə müqayisədə "Bank BTB"nin kredit portfeli 12 milyon manat azalıb.

ABC.AZ Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, 2022-ci ilin 3-cü rübünün sonuna "Bank BTB"nin öhdəlikləri 312 milyon manat təşkil edib.

Bunun 149,4 milyon manatı depozit portfeli, 152,5 milyon manatı digər maliyyə institutlarının kreditləridir.

Maraqlı vəziyyət bankın kapitalı ilə bağlı yaranıb. Yaranmış zərər nəticəsində "Bank BTB"nin cəmi kapitalı 49,3 milyon manata, yəni Mərkəzi Bankın müəyyən etdiyi 50 milyon manatlıq həddən bir qədər də aşağı düşüb.

Müəllif: Elmir Murad