Qırğızıstan bankı Mir kartlarının xidmətini dayandırıb

14:51 - 20.10.2022


20 oktyabr, Fineko/abc.az. Qırğızıstanın “Qırğızıstan” kommersiya bankı Rusiyanın “Mir” kartlarının xidmətini dayandırıb.

ABC.AZ xəbər verir ki, bu barədə ölkənin əsas Bankı məlumat yayıb.

Məlumatda qeyd olunub: "Sizə bildiririk ki, oktyabrın 20-dən etibarən bəzi Rusiya banklarının “Mir” kartlarının Qırğızıstan kommersiya bankının cihazlarında xidməti dayandırılıb”.

Qeyd edək ki, bundan əvvəl daha dörd Qırğızıstan bankı Mir kartlarına xidmətin dayandırıldığını elan etmişdi: Companion, Bakai-Bank, Doskredobank və Bank of Asia.