11:39 - 19.10.2022
19 oktyabr, Fineko/abc.az. Sentyabr ayında Böyük Britaniyada istehlak qiymətləri illik olaraq 10,1% yüksəldi.
ABC.AZ xəbər verir ki, Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatlarına görə, göstərici 40 il ərzində maksimum səviyyəyə çatan iyul dəyərinə qayıdıb. İnflyasiya avqust ayındakı 9,9% səviyyəsi ilə müqayisədə sürətləndi.
Ötən ay üzrə istehlak qiymətləri 0,5% artıb.
Böyük Britaniyada inflyasiya təzyiqinin artması əsasən ərzaq və kommunal xidmətlərin qiymətlərinin artması ilə bağlıdır.
Ərzaq məhsulları, alkoqol, tütün və enerji daşıyıcılarının (baza inflyasiyası, CPI Core) nəzərə alınmadan qiymətlər sentyabr ayında illik 6,5%, ötən aya nisbətən isə 0,6% artıb.
Pərakəndə qiymətlər (RPI indeksi) illik olaraq 12,6% artıb.