16:45 - 12.09.2022
12 sentyabr, Fineko/abc.az. "Fitch Solutions" 2022-ci il üzrə Azərbaycanda real ümumdaxili məhsulunun (ÜDM) artım proqnozunu yaxşılaşdırıb.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə reytinq agentliyinin "Europe Monthly Outlook Presentation" hesabatının avqust sayında bildirilib.
"Fitch Solutions" real ÜDM-in artım proqnozunu 3,48%-dən (iyun göstəricisi) 5,12%-ə kimi artırıb. Agentliyin "Bloomberg Consensus"la birgə proqnozuna görə bu göstərici 2022-ci ildə 3,85% olacaq.
Agentlik 2022-ci il üzrə Azərbaycanda orta inflyasiya proqnozunu isə dəyişməyib və 7,8% olaraq saxlayıb. "Fitch Solutions"un "Bloomberg Consensus"la birgə proqnozuna görə orta inflyasiya isə bu ilin sonuna kimi 10,4% təşkil edəcək.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026