FED faiz dərəcələrini artıra bilər

11:25 - 9.09.2022


9 sentyabr, Fineko/abc.az. ABŞ Mərkəzi Bankının (FED) rəsmiləri  20-21 sentyabr tarixlərində Federal Açıq Bazar Komitəsinin iclasında faiz dərəcələrini 75 bənd artıra biləcəyinə işarə ediblər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu açıqlamadan sonra faizin artırılması üzrə sentyabr ayı proqnozlarını 50 baza bəndindən 75 baza bəndinə yüksəldiblər.

Qeyd edək ki, oxşar proqnoz dəyişikliyini bir gün əvvəl Goldman Sachs da etmişdi.