14:19 - 27.07.2022
27 iyul, Fineko/abc.az. “B.Sərdarov adına Maşınqayırma Zavodu” törəmə açıq səhmdar cəmiyyətinin (TASC) təşkilati-hüquqi forması dəyişdirilib, nizamnamə kapitalı artırılıb.
ABC.AZ xəbər verir ki, “B.Sərdarov adına Maşınqayırma Zavodu”nun təşkilati-hüquqi forması TASC-dən MMC-yə dəyişib.
“B.Sərdarov adına Maşınqayırma Zavodu” TASC-nin Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 135 nömrəli, 21 iyul 2022-ci il tarixli sərəncamı ilə təşkilati-hüquqi forması dəyişdirilərək, yenidən təşkil edilməklə “B.Sərdarov adına Maşınqayırma Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilmiş və nizamnamə kapitalı 16 milyon 61 min manat həcmində müəyyən edilmişdir",- zavodun məlumatında bildirilir.
“B.Sərdarov adına Maşınqayırma Zavodu”nun nizamnamə kapitalı 4 milyon 205 min 622 manat artırılıb. İndiyədək zavodun nizamnamə kapitalı 11 milyon 855 min 378 manat idi.
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
13 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026
12 Oktyabr 2026